Dr. Xaliq
Rzayev

Böyüklər və uşaqlar üçün uroloji müayinə, diaqnostika və cərrahi müalicə

Uroloji və androloji xəstəliklərin müayinəsi, diaqnostikası və müalicəsi. Endoskopik, rekonstruktiv, androloji və uşaq uroloji cərrahi müdaxilələr.

Dr. Xaliq Rzayev —
İxtisasUrologiya & Andrologiya
Aşağı sürüşdürün
EndoskopikURS, PCNL, TURP, TURBT
RekonstruktivUretroplastika, pieloplastika
AndrologiyaKişi reproduktiv sağlamlığı
Uşaq urologiyasıAnadangəlmə patologiyalar
01
Haqqımda

Peşəkar yanaşma, hər yaşda

Böyüklərdə və uşaqlarda uroloji və androloji xəstəliklərin müayinəsi, diaqnostikası və müalicəsi üzrə fəaliyyət göstərən uroloq-androloq.

1.Böyrək və sidik yollarının daş xəstəlikləri
2.Kişi reproduktiv sağlamlığı
3.Prostat və xaya xəstəlikləri
4.Uşaqlarda anadangəlmə uroloji patologiyalar

Rusiyanın Stavropol Dövlət Tibb Universitetində ali tibb təhsili almış, daha sonra urologiya-andrologiya ixtisası üzrə klinik ordinatura keçmişdir.

Peşəkar fəaliyyətində böyrək və sidik yollarının daş xəstəlikləri, kişi reproduktiv sağlamlığı, prostat və xaya xəstəlikləri, uşaqlarda anadangəlmə uroloji patologiyalar, endoskopik və rekonstruktiv cərrahi müdaxilələr əsas istiqamətlərdəndir.

Yerli və beynəlxalq tibbi konfransların, simpoziumların və ixtisasartırma proqramlarının iştirakçısıdır. Urologiya sahəsində elmi məqalələrin müəllifi və müxtəlif elmi tədbirlərdə məruzəçidir.

Vətən Müharibəsində yaralanan hərbi qulluqçulara könüllü tibbi yardım göstərilməsində iştirakına görə fəxri fərmanla təltif olunmuşdur.
02
Müayinə və diaqnostika

Uroloji müayinə

  • Kişi və qadınlarda uroloji müayinə
  • HPV və digər cinsi yolla keçən infeksiyalar
  • Kişi sonsuzluğu və spermoqrammanın qiymətləndirilməsi
  • Erektil disfunksiya və erkən boşalma
  • Kişilərdə hormonal və cinsi sağlamlıq problemləri
  • Sidik ifrazında ağrı, yanma və çətinliyin araşdırılması
  • Tez-tez sidiyə getmə və sidik qaçırma
  • Təkrarlanan sidik yolu infeksiyaları
  • Böyrək və sidik yolları daşları
  • Prostat vəzi xəstəlikləri və prostat böyüməsi
  • Xaya ağrısı, şişkinlik və xaya xəstəlikləri
  • Varikosel və hidrosel
  • Uretra darlığı
  • Sidik kisəsi və sidik yollarında törəmələr
  • Uşaqlarda ümumi uroloji müayinə
  • Enməmiş xaya (kriptorxizm)
  • Xaya ağrısı və xaya burulması şübhəsi
  • Hidrosel və qasıq yırtığı
  • Hipospadiya və anadangəlmə genital anomaliyalar
  • Xarici cinsiyyət orqanlarının inkişaf problemləri
  • Sünnət (fimoz və parafimoz)
  • Sünnətöncəsi müayinə və sünnət sonrası problemlər
  • Sidik ifrazında ağrı və narahatlıq
  • Tez-tez sidiyə getmə və sidik qaçırma
  • Gecə sidik qaçırma (enurez)
  • Təkrarlanan sidik yolu infeksiyaları
  • Böyrək və sidik yollarının anadangəlmə xəstəlikləri
  • SSAR (vezikoureteral reflüks və sidik axını pozğunluqları)
  • Uşaqlarda böyrək və sidik yolları daşları
  • Genital nahiyə travmaları
03
Cərrahi müalicə

Əməliyyatlar

Böyüklərdə

Açıq əməliyyatlar
  • Varikoselektomiya
  • Hidroselektomiya
  • Orxipeksiya
  • Orxiektomiya
  • Epididimektomiya
  • Spermatoselektomiya
  • Vazektomiya
  • Uretroplastika
  • Hipospadiyanın cərrahi korreksiyası
  • Gizli penisin cərrahi korreksiyası
  • Penoskrotal torun korreksiyası
  • Testis biopsiyası
  • Testis protezinin implantasiyası
  • Pieloplastika
  • Nefrektomiya
  • Qismən nefrektomiya
  • Ureteroneosistostomiya
  • Nefrostomanın qoyulması
  • Sistostomiya (sidik kisəsinin daşının çıxarılması)
Endoskopik əməliyyatlar
  • Diaqnostik sistoskopiya
  • Uretroskopiya
  • Ureteroskopiya
  • Lazer ureterolitotripsiya (sidik kanalı daşının lazerlə ləğvi)
  • Perkutan nefrolitotomiya (PCNL)
  • Transuretral prostat rezeksiyası (TURP)
  • Sidik kisəsi şişinin transuretral rezeksiyası (TURBT)
  • Sistolitotripsiya (sidik kisəsi daşının lazerlə ləğvi)
  • Uretranın daxili optik uretrotomiyası (DVIU)
  • Double-J stentinin qoyulması və çıxarılması
  • Ureterin endoskopik daş ekstraksiyası
  • Vezikoureteral reflüksün endoskopik korreksiyası

Uşaqlarda

  • Uşaq sünnəti (sirkumsiziya)
  • Fimoz və parafimozun cərrahi müalicəsi
  • Gizli/batmış penis əməliyyatı
  • Penoskrotal webbing-in cərrahi korreksiyası
  • V–Y skrotoplastika
  • Meatotomiya və meatoplastika
  • Hipospadiyanın cərrahi korreksiyası
  • Uretroplastika
  • Enməmiş xaya əməliyyatı
  • Xaya burulması zamanı detorsiya və orxipeksiya
  • Hidroselektomiya
  • Qasıq yırtığının cərrahi müalicəsi
  • Epididimal və paratestikulyar kistaların çıxarılması
  • Uşaq varikoselektomiyası
  • Ureteroskopiya və daşların endoskopik müalicəsi
  • Sistoskopiya
  • Sidik axarı daşlarının müalicəsi
  • Sidik kisəsi daşlarının endoskopik çıxarılması
  • Vezikoureteral reflüksün cərrahi və endoskopik müalicəsi
  • Ureteroneosistostomiya
  • Hidroureteronefroz zamanı rekonstruktiv əməliyyatlar
  • UPJ obstruksiyası zamanı pieloplastika
  • Sidik yollarının anadangəlmə patologiyalarının cərrahi korreksiyası
  • Penis travmalarında plastik-bərpa əməliyyatları
  • Sünnət sonrası fəsadların cərrahi korreksiyası
  • Xaya və xayaətrafı törəmələrin cərrahi müalicəsi
04
Təhsil

Akademik yol

2015

Stavropol Dövlət Tibb Universiteti

Rusiya Federasiyası
Fakültə: Müalicə işi

Ali tibb təhsili
2017

Stavropol Dövlət Tibb Universiteti

Rusiya Federasiyası
İxtisas: Urologiya-Andrologiya

Klinik ordinatura
05 · Əlaqə

Qəbula yazılın

Zəng edin və ya formu doldurun — müraciətiniz WhatsApp ilə həkimə göndəriləcək, uyğun vaxtı birlikdə təyin edək.

Onlayn müraciət

Adınızı və nömrənizi yazın — müraciət WhatsApp ilə həkimə göndəriləcək.